backend

Vyaçeslav Volodin KTMT PA-nın sədri seçildi

Vyaçeslav Volodin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Parlament Assambleyasının (KTMT PA) sədri seçilib.

KONKRET.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, KTMT PA-nın Ermənistanda keçirilən plenar iclasında Qırğızıstan Parlamentinin sədri Dastanbəy Cumabəyov V.Volodinin Assambleyanın sədrliyinə namizədliyini irəli sürüb.

Şura üzvlərinin iştirakı ilə keçirilən səsvermədə V.Volodin 3 il müddətinə KTMT PA-nın sədri seçilib.

Qeyd edək ki, V.Volodin Rusiya Dövlət Dumasının sədridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*