“Ermənistan və Azərbaycan komissiyaları arasında delimitasiya üzrə danışıqlar sadəcə olaraq Paşinyan və Əliyev arasında “kulis” razılaşmalar üçün ekrandır”.
KONKRET.az xəbər verir ki, bunu “Ermənistan” blokundan olan deputat Artur Xaçatryan deyib.
Siyasətçi vurğulayıb ki, Ermənistan hakimiyyəti delimitasiya çərçivəsində Tavuşdakı əraziləri Azərbaycana verməyə hazırdır. Bu isə o deməkdir ki, Paşinyan növbəti kapitulyasiyaya razılaşıb. Baş nazirin müavini Qriqoryan deyirsə ki, hələlik bu məsələdə konsensus yoxdur, o zaman Paşinyan artıq Əliyevin bütün tələblərini birtərəfli qaydada yerinə yetirməyə razılaşıb”.
Əks halda Ermənistan bütün məsələlərin kompleks həllində israrlı olardı, amma bu baş vermir”.
Natiq Səlim,
KONKRET.az