ABŞ prezidenti Donald Tramp İranın ali lideri ayətullah Seyid Əli Xameneinin ölkəni tərk etməyi planlaşdırdığını deyib.
KONKRET.az xəbər verir ki, bu barədə o, “Fox News” telekanalına müsahibəsində danışıb.
Trampın sözlərinə görə, onun əlində Xameneinin İrandan çıxmaq niyyətinə dair məlumatlar var. O, İran liderinin Rusiyaya qaçacağı ilə bağlı xəbərləri şərh edərək deyib ki, Xamenei naməlum istiqamətə yola düşmək niyyətindədir.
Müşviq Tofiqoğlu
KONKRET.az
