“Xankəndi ilə Bakı arasında dialoqun qurulması mümkünlüyü müzakirə olunur” – Mirzoyanbackend

"Xankəndi ilə Bakı arasında dialoqun qurulması mümkünlüyü müzakirə olunur" - Mirzoyan

Xankəndi ilə Bakı arasında dialoqun qurulması mümkünlüyü müzakirə olunur.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan parlamentdə bildirib.

O bildirib ki, Bakı-Xankəndi diplomatik kanalının açılması, beynəlxalq mexanizmin yaradılması imkanları müzakirə olunur.

“Bizim bir mövqeyimiz var, Azərbaycanın başqa mövqeyi. Qarşılıqlı məqbul mövqeyə, nöqteyi-nəzərdən və ya mexanizmə gələndə bu barədə sizə məlumat verəcəyik”, – deyə Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

Mirzoyan onu da qeyd edib ki, Ermənistanın Qarabağla bağlı fikirləri Azərbaycanın təklif etdiyi 5 bənddə əksini tapmayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*