Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında baş verən dəhşətli yanğın nəticəsində bir nəfər ölüb, əraziyə cəlb olunan FHN işçiləri isə xəsarət alıblar. Bu gün yanğında vəfat edən şəxs mərhum xalq artisti Ramiz Novruzun oğlu, tanınmış aktyor Cavidan Novruzun dayısıdır.
KONKRET.az xəbər verir ki, hadisə ilə bağlı AZXEBER.COM-a danışan Cavidan Novruz məlumatı təsdiqləyib:
“Bəli, təəssüf ki, xəbər doğrudur. Vəfat edən şəxs mənim dayımdır. 3-cü dəfədir ki, başına belə iş gəlir, mağazası yanır. Bu dəfə artıq ürəyi dözmədi. Xəbəri eşidən kimi ürəyi partlayıb, ölüb. Artıq dəfn də olunub”.

Keçmiş olsun,bir daha yanğınlar baş verməsin.