Xərçənglə mübarizə aparan Xalq artisti Nisə Qasımovanın ayağı sınıb.
KONKRET.az xəbər verir ki, sevilən ifaçı bu barədə “Heç vaxt heç yerdə” verilişində danışıb:
“Ayağımın biri sınıb, biri əzilib. İndi şişdir. Yeriyə bilmirəm”.
Xalq artisti qeyd edib ki, səhhətindəki problemlərə görə efirlərə çıxmır:
“Getdim müayinəyə. Tam başqa bir xəstəlik üçün getmişdim. Həkimlər dedi ki, bunu da yoxlamalıyıq. Mənə dedilər ki, bədxassəli xərçəng var. Əməliyyat olundum. Demişdim, heç vaxt heç yerdə deməyəcəm”.
