Xersonun azad edilməsi əməliyyatına nə mane olur? – Səbəbini Ukraynalı hərbçilər açıqladılarbackend

Xersonun azad edilməsi əməliyyatına nə mane olur? – Səbəbini Ukraynalı hərbçilər açıqladılar

“Ukrayna hərbçiləri işğal altında olan Xersonun azad edilməsi əməliyyatını davam etdirir. Lakin həddən artıq sevincli mesajlar Ukraynanın tərəqqisinə xələl gətirir”.

KONKRET.az  “RBK-Ukrayna” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın cənubundakı Müdafiə Qüvvələrinin birgə əlaqələndirici mətbuat mərkəzinin rəhbəri Nataliya Qumenyuk brifinq zamanı danışıb.

“Təəssüf ki, bəzi emosional gözləntilər (Xersonun azad edilməsi ilə bağlı) bizim irəliləyişimizə əhəmiyyətli dərəcədə xələl gətirdi. Çox sevincli və vaxtından əvvəl mesajlar hərbi əməliyyat gedən zaman çox yersizdir”, – deyə o, qeyd edib.

Qumenyuk bildirib ki, əməliyyat açıq ərazilərdə keçirilir və bu da Ukrayna qoşunlarının irəliləyişini çətinləşdirir.

“Çöl relyefi açıq döyüşlər üçün çox çətindir. Bundan əlavə, artilleriyamız düşməndən fərqli olaraq azdır. Bunu nəzərə almalıyıq. Bəzi mühüm nailiyyətlər əldə etmək üçün biz düşməni çox uzağa sıxışdırmalıyıq ki, mövqelərimizi atəşə tuta bilməsinlər”,- deyə Qumenyuk vurğulayıb.

O, əməliyyatla bağlı bütün rəsmilərə və ictimaiyyət nümayəndələrinə açıqlama verməmək xahişi ilə müraciət edib.

“Qoy hərbçilər öz işlərini görsünlər, heç kim sizin uğurlarınızı əlinizdən almayacaq: biz işimizi sona çatdıraq, piarla məşğul olmağa zamanınız gələcək”, – Qumenyuk əlavə edib.

Roman Göytürk, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*