Rusiya sülhməramlılarının iştirakı ilə Xocalı hava limanının bərpası işləri fasiləsiz olaraq davam edir. Lakin hava limanının açılması ilə bağlı konkret tarix demək çətindir.
KONKRET.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Məlumatda deyilir ki, Rusiya sülhməramlılarının təchizatı üçün İrəvan və yaxud Gəncə hava limanından istifadə o qədər də sərfəli deyil. Ona görə də sülhməramlıların fəaliyyətini stimullaşdırmaq üçün Xocalı hava limanının yenidən qurulmasına başlanılıb.
KONKRET.az
