Xocavənddə 6 erməni hərbçinin cəsədi TAPILDIbackend

Xocavənddə 6 erməni hərbçinin cəsədi TAPILDI

Xocavənd rayonunda və digər ərazilərdə aparılan axtarışlar zamanı ikinci Qarabağ müharibəsində itkin düşmüş daha 6 erməni hərbçinin meyiti aşkarlanıb.

KONKRET.az xəbər verir ki, ölənlərin hamısı hərbi qulluqçulardır. Meyitlərin ekspertizasından sonra onların şəxsiyyəti müəyyənləşdiriləcək.

Bununla da Qarabağ və digər ərazilərdə aşkarlanmış itkin erməni hərbçilərin meyitlərinin sayı 1 496-ya çatıb.

Qeyd edək ki, bu göstərici yalnız müharibə zamanı itkin erməni düşmüş hərbçilərin saynı əks etdirir. Müharibənin başa çatmasından 4 ay keçməsinə baxmayaraq, Ermənistanın Müdafiə Nazirliyi ikinci Qarabağ müharibəsində həlak olan hərbçilərin sayını bu günə qədər açıqlamayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*