Xoşbəxtlik hissi mövcud deyil – Araşdırmabackend

Xoşbəxtlik hissi mövcud deyil - Araşdırma

Xoşbəxtlik haqqında fikirlər mifoloji təxəyyüldür və reallıqla heç bir əlaqəsi yoxdur.

KONKRET.az Medicina.az-a istinadən xəbər verir ki, bununla bağlı Cənubi Koliforniya universitetinin alimləri elmi araşdırma aparıb.

Onlar xoşbəxtlik hisslərini axtarıb, amma tapmayıblar. Nəticələr göstərib ki, insan 100% xoşbəxtlik hissi keçirməyə qadir deyil. Əgər bir insan özünü hansısa məqamda sevincli hiss edirsə, o anda o bir neçə hiss keçirir: təəccüb, narahatlıq, qorxu və kədər emosiyaları.

Alimlər qərara gəlib ki, bu baxımdan xoşbəxt olmaq insan üçün əsl problemdir. İnsanın yaşı nə qədər artırsa, onun özünü xoşbəxt hiss etmək şansı bir o qədər azalır.

Psixoloqlar hesab edir ki, yaşlandıqca, insanın həyat təcrübəsi artır və o, baş verənləri çoxbucaqlı, çoxşaxəli hiss edir.

Alimlər 50 min insanı analiz edərək müəyyənləşdiriblər ki, hətta həyatın hansısa anında xoşbəxtlik hissini keçirəndə də zamanla bu hiss tamam başqa məna alır və normal qarşılanır.

İnsan anlayır ki, dünyada heç nə 100% pozitiv və ya neqativ ola bilməz. Ona görə də xoşbəxtliyi axtarmaq real olmayan mifdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*