XOŞQƏDƏM HİDAYƏTQIZI: “Həmin insanı həyatımdan silirəm”backend

XOŞQƏDƏM HİDAYƏTQIZI: "Həmin insanı həyatımdan silirəm"

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

KONKRET.az xəbər verir ki, Xoşqədəm Hidayətqızının İnstaqramda yazdığı sözlər maraqla qarşılanıb.

“Tərziniz, hədəfiniz, prinsipləriniz, qısası hər şey özünüzə xas olsun. Sizi sizdən soruşsunlar. Həyatda ən nifrət etdiyim “kopyacı”lardı, onları “vampir”ə bənzədirəm. Sənə aid olan hər şeyi çəkmək, sümürmək istəyən “vampir”.

Bəlkə çox şişirdirəm, bilmirəm. Amma uğrunda ölümü belə gözə aldığım, can dostum dediyim, dırnağını belə kimsəyə dəyişmədiyim insanda belə bu xəstəliyi gördüyüm an həmin insanı ürəyim qan ağlayaraq istəməyərək həyatımdan silirəm. Təbii ki, çətindir. Amma o “kopya”nın zamanında nə olduğunu gördüyüm və tramva olduğu üçün o şəxs vazkeçilməzim olsa belə qaçıram”, – deyə o qeyd edib.

Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*