Xoşqədəm Tovuzun icra basçısından şikayətləndi – VİDEObackend

Xoşqədəm Tovuzun icra basçısından şikayətləndi - VİDEO

ARB-də yayımlanan “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı Tovuz rayonunun icra başçısını tənqid edib.

KONKRET.az manşet.az-a istinadla xəbər verir ki, Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı bəzi dövlət qurumları ilə əlaqə qurmağın çətinliyindən danışıb.

O, xüsusilə Tovuz rayonunun icra başçısına uzun müddətdir çata bilmədiyini bildirib:

“Gördüyünüz kimi, dünəndən Tovuz rayonunun icra başçısını tapa bilmirəm. Nəinki jurnalisti, ümumiyyətlə hər bir sıradan insanı qəbul etmək icra başçısının və dövlət qurumu rəhbərinin birbaşa borcudur. Çünki cənab Prezident onları insanlarla işləmək üçün təyin edib. Vəzifədə olan hər bir insan bu etimadı doğrultmalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*