Avropa Birliyinin səlahiyyətli nümayəndələri terrorizmlə mübarizə üçün xüsusi xidmət orqanlarının şifrlənmiş kommunikasiya texnologiyalarına giriş imkanını genişləndirən qətnaməni müzakirə edəcəklər.
KONKRET.az xəbər verir ki, bu haqda noyabrın 13-də AB-nin daxili işlər nazirlərinin görüşündə hazırlanmış sənəd layihəsində əks olunub.
Bəyanatda AB hökumətləri üçün messencer və sosial şəbəkələrdəki şifrlənmiş mesajlara giriş imkanını təmin edən tədbirlər təsvir edilir:
Fransa və Avstriyada bu yaxınlarda baş vermiş terror aktları terrorizmi AB-nin siyasi gündəliyində yenidən ön plana qaytardı. Bu baxımdan rəqəmli məlumatlara giriş daha da vacib hala çevrilib. / “ictnews”
