Yalçın Rzazadənin harada dəfn ediləcəyi MƏLUM OLDU – YENİLƏNİBbackend

Yalçın Rzazadənin harada dəfn ediləcəyi MƏLUM OLDU - YENİLƏNİB

Ötən gün vəfat edən Azərbaycanın Xalq artisti Yalçın Rzazadənin dəfn ediləcəyi yer məlum olub.

KONKRET.az xəbər verir ki, mərhumun oğlu Orxan Rzazadə “Report”a açıqlamasında bildirib ki, Xalq artisti Lənkəran rayonu, Liman qəsəbəsində torpağa tapşırılacaq.

Mərhumun cənazəsi bu gün saat 12:00-da yaşadığı mənzildən götürüləcək və Lənkərana aparılacaq.

Qeyd edək ki, Y.Rzazadə fevralın 22-də uzun sürən xəstəlikdən 74 yaşında dünyasını dəyişib.

***

10:39
“Əgər Yalçın Rzazadəni Fəxri Xiyabana layiq bilsələr, orada dəfn ediləcək. Layiq görməsələr biz planlaşdırdığımız yerdə dəfn edəcəyik” .

KONKRET.az xəbər verir ki, bu sözləri musavat.com-a Xalq artistinin oğlu Orxan Rzazadə deyib.

O bildirib ki, Mədəniyyət Nazirliyindən cavab gözləyirlər:

“Bir-iki qəbristanlıq planda var. Məsləhət edib, harada dəfn edilməsini dəqiqləşdirəcəyik. Mədəniyyət Nazirliyinə müraciət edilib, cavab gözləyirik. Digər tərəfdən müraciət etməyə də ehtiyac yoxdur. Bütün Azərbaycan xalqı bilir ki, Yalçın Rzazadə rəhmətə gedib”.

Qeyd edək ki, Yalçın Rzazadə ötən gün axşam saatlarında 75 yaşında dünyasını dəyişib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*