“Yalnız bu halda NATO Baltik körfəzi və Sankt-Peterburqu blokadaya ala biləcək” – Martin Herembackend

"Yalnız bu halda NATO Baltik körfəzi və Sankt-Peterburqu blokadaya ala biləcək" - Martin Herem

Estoniyalı general Martin Herem Sankt-Peterburq və Baltik dənizini blokadaya almaq istəyir.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, xəbər verir ki, Estoniya Silahlı Qüvvələrinin komandanı general-leytenant Martin Heremin açıqlamaları birmənalı qarşılanmayıb. O bildirib ki, Finlandiya və İsveç bloka qoşulsa, Şimali Atlantika Alyansı Baltik körfəzi və Sankt-Peterburqu blokadaya ala biləcək.

Estoniyalı  general əlavə edib ki, Şimali Avropa ölkələrinin müraciətləri təsdiq olunsa, yəni onlar NATO-nun tamhüquqlu üzvü qəbul edilsələr,  bu zaman təşkilat Baltik dənizinə tam nəzarət etmək imkanını qazanacaq.

Estoniyalı general hesab edir ki, əks halda NATO Finlandiya körfəzini minalamaqla Baltik dənizi və Sankt-Peterburqu bağlamağa çalışacaq:

“Biz Rusiyanın Kalininqrad anklavı ilə Sankt-Peterburq arasındakı Baltikyanı kommunikasiya xəttini bağlaya bilərik” – deyə general fikirlərini tamamlayıb.

Qeyd edək ki, bundan əvvəl israilli hərbi ekspert Yakov Kedmi Rusiyanın Finlandiyanın hərəkətinə reaksiyası haqda fikirlərini bölüşmüşdü.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*