Yanğına görə tıxac yarandı – FOTObackend

Yanğına görə tıxac yarandı - FOTO

Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində beşmərtəbəli binada yanğın hadisəsi baş verib.

DİN-dən KONKRET.az-a verilən məlumata görə, bu səbəbdən Ağa Nemətulla küçəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Hərəkətin və ərazidə olan şəxslərin təhlükəsizliyinin təmin olunması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*