YAP-ın qurultayı sona çatdı – YENİLƏNİB-5backend

YAP-ın qurultayı sona çatdı - YENİLƏNİB-5

Yeni Azərbaycan Partiyasının (YAP) qurultayı bitib. 

KONKRET.az xəbər verir ki, YAP-ın İdarə Heyətinin və Siyasi Şurasının tərkibi dəyişdirilib. Belə ki, yeni İdarə Heyətinin sayı 40 nəfərdən ibarətdir.

***

12:53
Yeni Azərbaycan Partiyasının bu gün keçirilən VII qurultayında partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyası formalaşıb.

KONKRET.az xəbər verir ki, qurultay hazırda davam edir.

***

12:33
Yeni Azərbaycan Partiyasının növbədənkənar VII qurultayı davam edir.

KONKRET.az xəbər verir ki, iclasda partiya sədrinin müavini Əli Əhmədov çıxış edib.

Daha sonra isə Bahar Muradova, Hikmət Babaoğlu, Azər Badamov, Mixail Zabelin, Ülviyyə Ağayeva çıxış edib.

Hazırda çıxışlar davam edir.

***

 11:15
Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı davam edir.

KONKRET.az xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda videoformatda çıxış edib.

Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.

***

10:10
Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar VII qurultayı başlayıb.

KONKRET.az xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev qurultaya videokonfrans vasitəsilə qoşulub.

Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.

Qeyd edək ki, 1992-ci ildə yaradılan partiyanın sonuncu qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib. Partiyanın hazırkı sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.

***

09:42
Bu gün Yeni Azərbaycan Partiyasının VII qurultayı keçiriləcək.

KONKRET.az xəbər verir ki, qurultay saat 10:00-da öz işinə başlayacaq.

Prezident İlham Əliyev də onlayn formatda qurultayda iştirak edəcək və çıxış edəcək.

Qurultayda bir sıra mühüm dəyişikliklər ediləcəyi, həmçinin məşhur simaların da İdarə Heyətindən uzaqlaşdırılacağı gözlənilir.

Qeyd edək ki, dünən 5 partiya da YAP-a birləşəcəyi barədə qərar verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*