YAP-ın üzvündən partiyadaşlarına SƏRT İTTİHAM – “Əqidəniz olsun!”backend

YAP-ın üzvündən partiyadaşlarına SƏRT İTTİHAM - "Əqidəniz olsun!"

YAP Siyasi Şurasının üzvü Musa Musayev özünün facebook səhifəsində partiyadaşlarını sərt tənqid edib.

KONKRET.az həmin statusu təqdim edir:

“Hər vaxtınız xeyir olsun dostlar!

İnternet kanalları, sosial şəbəkələr, o cümlədən feysbuk bir sınaq meydanıdır. Çalışıb hər kəs azad şəkildə rəy və təkliflərini, dəyərli və ağıllı fikirlərini burada dostlarla bölüşə bilərlər. Mən feysbukdan 1 il 5 aydır ki, istifadə edirəm. Mənim də təmsil olunduğum və fəxrlə dəfələrlə qeyd etdiyim kimi, 800 000 nəfər üzvü olan YAP üzvləri heç də aktiv deyillər. Mən YAP-ın yaradıcılarından biri və Siyasi Şuranın üzvü kimi bu yaxınlarda LAF TV və Azerfreedom TV-nin canlı efirində 3 saatlıq çıxışım oldu. Çıxışım YAP-a, Ulu Öndər Heydər Əliyevə və iqtidarımızın bu günkü gördüyü müsbət işlərə, azad edilmiş torpaqlarımıza həsr edilmişdir. Sonradan mən həmin çıxışların video yazısına və aşağıda yazılan rəylərə baxdım. Rəylərdə yalnız müxalifətçilərin və müxalifyönlü insanların YAP-ın, Ulu Öndərin, cənab Prezidentimizin və bu günkü iqtidarımızın, eyni zamanda mənim əleyhimə tənqid və təhqirdolu yazılarına rast gəldim.

Şərhlərdə bir nəfər də olsun, nə YAP üzvünə, nə də iqtidar nümayəndəsinə rast gəlmədim. Bu iqtidardan bəhrələnən, heç bir xidməti olmayıb vəzifə kürsüsünə sahib olanlar və YAP üzvləri, niyə səsinizi qaldırmırsınız, kimdən və nədən qorxursunuz, niyə ortaya mövqe qoymursunuz?! Əqidəsizlik nümayiş etdirirsiniz! Ona görə səsiniz çıxmır ki, gözünüz kölgəlidir, korrupsiya və rüşvətə bulaşmısız! Akademiklər, ağsaqqallar, ziyalılar, orden və medallar alanlar, YAP-ın hesabına milyardlar və milyonlar mənimsəyənlər: Haçan Ulu Öndər Heydər Əliyevi, cənab Prezidentimiz İlham Əliyevi və onun ailə üzvülərini, YAP-ı və bugünkü iqtidarı təhqir və tənqid edənlərə cavab verəcəksiniz, müdafiə edəcəksiniz ???? Niyə gizlənmisiniz, səsiniz çıxmır ??? Yoxsa X və Y gününü gözləyirsiniz ?? Ən qorxulu düşmənlər sapı özümüzdən olan baltalardır! Onlara ar olsun!”

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*