Yaponiyanın sabiq baş naziri GÜLLƏLƏNDİ – FOTO + VİDEObackend

Yaponiyanın sabiq baş naziri GÜLLƏLƏNDİ - FOTO + VİDEO

Yaponiyanın keçmiş baş naziri 67 yaşlı Sindzo Abe Nara şəhərində keçirilən tədbirdə çıxışı zamanı güllələnib.

KONKRET.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Huşsuz vəziyyətdə xəstəxanaya qaldırılan siyasətçinin vəziyyətinin ağır olduğu açıqlanıb.

Abeyə iki dəfə atəş açan 42 yaşlı cinayətkarın tutulduğu bildirilir.

NHK televiziyası Abenin hücumdan sonra infarkt keçirdiyini də qeyd edib.

Xatırladaq ki, 2012-2020-ci illərdə Yaponiyanın baş naziri vəzifəsini icra edən Abe ölkənin ən uzunmüddətli baş naziri olub. O, iki il əvvəl səhhətinə görə vəzifəsini tərk edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*