Yaşadaq! Unutmayıq!backend

Yaşadaq! Unutmayıq!

Əhmədağa Səmədov 1958-ci ildə fevral ayının 16-da Sabirabad rayonunun Narlıq kəndində doğulub. Təhsilini rayonun Qasımbəyli kənd orta məktəbində alıb. 1975-ci ildə orta məktəbi bitirib. Riqada hərbi xidmətdə olduğu iki il müddətində özünü nümunəvi əsgər kimi tanıdıb. Xidmətini başa vurub doğma el-obasına qayıdıb.

Daxili İşlər Şöbəsinin nəzdindəki mühafizə bölməsində xidmətə başlayıb. 1986-cı ildə Bakı Xüsusi Orta Milis məktəbinə qəbul olub. 1988-ci ildə əvvəlcə Mühafizə şöbəsində post komandiri, daha sonra sahə inspektoru vəzifəsində xidmətini davam etdirib.

Torpaqlarımıza düşmən təcavüzünün başladığı ildən Ə.Səmədov da erməni faşistlərinin bu vəhşiliyinə biganə qala bilməyib. O, da silaha sarılıb ön cəbhəyə yollanıb. Cəbrayıl rayonunun müdafiəsində ayıq-sayıq dayanıb. Sonra döyüş yoldaşları ilə birgə Xocavənd rayonunun Şayaq kəndini qoruyublar.

1991-ci il dekabr ayının 15-də daşnaklar xeyli canlı qüvvə və zirehli texnika ilə kəndə hücum edərkən 33 yaşlı polis baş leytenantı Ə.Səmədov 15 nəfər silahdaşı ilə birgə əsl qəhrəmanlıq göstərib. Bu qeyri-bərabər döyüşdə erməni hərbçiləri xeyli itki verib. Son anda o, mənfur düşmən gülləsinə tuş gəlib, şəhid olub.

Cəsur polis əməkdaşının əziz xatirəsi bu gün də ehtiramla anılır. Azərbaycan Respublikası Prezidentinin 15.01.1995-ci il tarixli fərmanı ilə ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. Adı əbədiləşdirilərək oxuduğu məktəbə verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*