Yazıblar ki, Xocalıda erməni uşaqlar ölüb – Abdullayevbackend

Yazıblar ki, Xocalıda erməni uşaqlar ölüb - Abdullayev

Mən hörmətli Prezidentimizi tamamilə dəstəkləyirəm və düşünürəm ki, millətlərin (azərbaycanlılar və ermənilərin) birgə yaşaması zəruridir və mümkündür. Şübhə etmirəm ki, qonşularımız öz arqumentlərini irəli sürəcəklər.

KONKRET.az xəbər verir ki, bu sözləri Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev sosial şəbəkə hesabında yazıb.

“Oxucularım dünyanın bir çox ölkələrində yaşayır. Bu gün mənə Macarıstanda yaşayan dostlardan birinin Xocalıda erməni qadınları və uşaqları həlak olduğunu dediyini yazıblar (?!) Dünyamız bax beləcə çevirilib. Elə etmək lazımdır ki, belə şeylər bir daha təkrarlanmasın. Özümüzü aldatmayaq. Tərəflər arasında qan dəryası var. Bir çox problemləri həll etmək lazımdır. Lakin biz informasiya müharibəsini uduzmağı özümüzə rəva görə bilmərik. Həqiqət bizim tərəfimizdədir. Vətənimizi, torpağımızı qorumuşuq. İndi sülhü qorumaq lazımdır. Biz informasiya dünyasında yaşayırıq. Bəlkə də bu, bizim üçün yaxın dövrün ən çətin vəzifəsi olacaq”, – o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*