“Yeni ərazilər uğrunda müharibə konsepsiyasını ortalığa atan Ermənistanın bugünkü halı…” – AÇIQLAMAbackend

"Yeni ərazilər uğrunda müharibə konsepsiyasını ortalığa atan Ermənistanın bugünkü halı..." - AÇIQLAMA

“Müasir dünyamızda güc faktoru həlledicidir”.

Bunu KONKRET.az-a danışan deputat Elman Nəsirov deyib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev bu reallığı vaxtında çox düzgün qiymətləndirib: “Ona görə də ordu quruculuğu məsələlərinə çox böyük diqqət yetirilib. Bu gün Azərbaycan Ordusu dünyanın 50 güclü ordusu sırasındadır. Ümumdaxili məhsuldan müdafiə xərclərinə 4 faiz və ondan daha çox vəsait qoyan 10 ölkə sırasındadır. 2020-ci ildə Azərbaycanın hərbi büdcəsi təxminən 1.6 milyard dollara bərabərdir. Ermənistanda isə 650 milyon dollardır. Bizim hərbi büdcəmiz Ermənistandan 300 faiz artıqdır”.

Deputat söyləyib ki, Azərbaycan Ordusu sentyabrın 27-də Ermənistanın cəbhəboyu hücumlarına əks-həmlə ilə cavab verməsi və bu istiqamətində həlledici uğurlara imza atması düşmən ölkənin siyasi hərbi rəhbərliyini sözün əsil mənasında təşvişə salıb: “Hərbi ritorika ilə danışan, 20 faiz Azərbaycanın torpaqlarını işğal edən və işğalçılıq siyasətini davam etdirmək istəyən və bu konteksdə yeni ərazilər uğrunda müharibə konsepsiyasını ortalığa atan Ermənistan rəhbərliyi uca səslə sülh danışıqlarına hazır olduğunu bildirir. Atəşkəsin bərpa edilməsindən danışır. Əlbəttə, burada güc faktoru öz işini görməkdədir. Bu məsələdə Azərbaycan dövlətinin prinsipial mövqeyi var.

Prezident İlham Əliyev oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində bu məqama diqqət ayırdı. Qeyd etdi ki, biz hər zaman sülh danışıqlarına sadiq qalmışıq. 30 il ərzində biz sülh prosesinə əmək etmişik. Bizim içimizdə bir inam var idi ki, sülh yolu ilə problemi həll etmək olar. ATƏT-in Minsk Qrupu təlqin edirdi ki, bir qədər də dözün, mütləq münaqişə öz həllini tapacaq. Məlum oldu ki, bu sadəcə başaltına yastıq qoymaqdan başqa bir şey deyil”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*