Yeni Gəncə qəsəbəsində bəzi əraziləri su basdı – VİDEObackend

Yeni Gəncə qəsəbəsində bəzi əraziləri su basdı - VİDEO

Yeni Gəncə qəsəbəsində bəzi əraziləri su basıb, fəsadlar aradan qaldırılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, nazirlik intensiv yağıntıların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görür. Belə ki, FHN-in “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivində intensiz yağışlar nəticəsində bəzi ərazilərin subasmaya məruz qalması barədə məlumat daxil olub. Bununla əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri yağıntıların törətdiyi fəsadların aradan qaldırılması işlərinə cəlb olunub.

FHN-in qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*