YENİ İL süfrəsinin ƏN ZƏRƏRLİ tərəfi – DİQQƏTLİ OLUNbackend

YENİ İL süfrəsinin ƏN ZƏRƏRLİ tərəfi - DİQQƏTLİ OLUN

Bayram süfrələri yetərincə zəngin olur. Söhbət bir evdə heç olmasa 2 nəfərin çalışdığı ailələrdən gedir. Çünki hazırkı sosial durum və bahalaşma bayramı ən yaxşı halda paytaxt salatı və plovla ötüşdürməyə imkan verir.

KONKRET.az bu dəfə sosial problemlərdən yox, hansı qidaların sağlamlığa daha zərərli olması barədə araşdırma edib. Rusiyalı həkim Yelena Kazimtseva bildirib ki, ilk növbədə həzm sistemini qıcıqlandıra bilən duzlu və turş qidalar ziyandır.

Mütəxəssisin sözlərinə görə, turşuların tərkibində çoxlu miqdarda duz var ki, bu da qan təzyiqinə mənfi təsir edir və orqanizmdə maye saxlayır. Bundan əlavə, çox qatlı salatlar orqanizm üçün zərərlidir. Problem uyğun olmayan maddələrdə yox, mayonezdədir. Həkim turşu xiyarların yerinə tərəvəzin özünü yeməyi, mayonezin əvəzinə isə qatıqdan istifadə etməyi məsləhət görüb.

Qastroenteroloq çox sayda şirniyyat yeməyin də zərərli olacağını qeyd edib. Həmçinin iştahı artıran qazlı içkilərdən və spirtlilərdən imtina etməyi tövsiyə edib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*