“Yeni sevginin ətrini hiss edirəm…” – Həyat yoldaşından boşanan Əməkdar artistbackend

"Yeni sevginin ətrini hiss edirəm..." - Həyat yoldaşından boşanan Əməkdar artist

Əməkdar artist Lalə Məmmədova “ATV maqazin onlarla” verilişində qonaq olub.

KONKRET.az xəbər verir ki, Lalə Məmmədova verilişdə şəxsi həyatı ilə bağlı etiraflar edib.

Əməkdar artist sevgi üçün etdiyi fədakarlıqlardan danışıb:

“Yetərincə fədakarlıq etmişəm. Sevgi fədakarlığı nədir? Qarşındakı insanı olduğu kimi qəbul etmək… Onu dəyişməyə cəhd etmək deyil. Sevgidən öncə güvən gəlir. Sevən insan heç vaxt əlindən tutduğu və sevdiyi insanı yarıda buraxmır, kiminsə sözü ilə oturub-durmur. Əgər bir insan ömrü boyu daşı-daş üstə qoyub bir ev qura bilməyibsə, qarşındakı qadını zəhmətlə keçdiyi yolu necə qiymətləndirə bilər!?”

Lalə Məmmədova şəxsi həyatında heç kimin olmadığını da deyib:

“Həyatımda sevgi yoxdur, amma ətrini hiss edirəm. Düşünürəm ki, həyatımda çox gözəl səhifə açılacaq və sevgi yaşayacam. Böyük qızım dayəmizə deyib ki, anamın həyatında dəyişiklik olmasını istəyirəm. Övladım da düşünür ki, həyatımda nəsə olsun.

Övladlarımın “Niyə ailə quranda atamızla seçim etmisiniz?” sualı məni təəccübləndirib. Hələ ki, ayrılıq səbəbini qızlarım bilmirlər. Çünki onların gözündən salmaq istəmirəm. Ataları onların gözündə necə qalıbsa, elə də qalsın.

O tərəf nədənsə övladları ilə görüşməyə can atmır. Mənim tərəfindən problem yoxdur. Uşaqlarını istəmir, istəməsin. Övladlarıma aliment də vermək istəmirdi.

Bir insanı dəyişmək olmur. O düşünmür ki, sabah övladlarımın qapısı döyüləcək, elçi gələcək. Eləcə mənimlə danışa bilərdi ki, aliment verməyə imkanım yoxdur. Hər zaman deyirdi ki, Lalə xanım toylara gedir, övladlarını dolandıra bilir. Bir ildir toy mərasimləri yoxdur. “Mənim övladlarım nə ilə dolanır?” sualını özünə verməlidir”.

Qeyd edək ki, Lalə Məmmədova İlham adlı şəxslə ailəli olub. Cütlüyün iki qızı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*