“Yeni təbliğat köpükləri, yeni ərazi itkiləri” – Tiqran Abramyandan sətiraltı MESAJbackend

“Yeni təbliğat köpükləri, yeni ərazi itkiləri" - Tiqran Abramyandan sətiraltı MESAJ

Ermənistanın “Mənim şərəfim var” fraksiyasından olan deputatı Tiqran Abramyan baş nazirin keçmiş müavini, yeni təyin olunan müdafiə naziri Suren Papikyanın sədrliyi ilə keçirilən iclasda səsləndirdiyi fikirlərə diqqət çəkib.

KONKRET.az erməni mediasına istinadən Abramyanın fikirlərini təqdim edir:

“Müdafiə nazirinin rəhbərliyi ilə Silahlı Qüvvələrin Baş Qərargahının rəhbər heyətinin iclası keçirilib. İclasda nazir Suren Papikyan orduda başlayan genişmiqyaslı islahatların davam etdirilməsinin vacibliyini vurğulayıb.  Belə çıxır ki, silahlı qüvvələrdə nəinki “geniş miqyaslı islahatlar” aparılıb, hətta proses davam edir. Çox təəccüblüdür ki, yeni müdafiə naziri Baş Qərargah rəisini noyabrın 12-də və 16-da sərhəddə baş verən döyüşlərdə guya Ermənistanın ərazisinin təhlükəsizliyinin təmin edilməsi münasibətilə təbrik etmədi. Yeni təbliğat köpükləri, yeni ərazi itkiləri” – deyə Abramyan fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*