Yeni Tramp dönəmi Azərbaycan üçün hansı istiqamətlər vəd edir? – Məsələyə Elxan Şahinoğlunun baxışı  backend

Yeni Tramp dönəmi Azərbaycan üçün hansı istiqamətlər vəd edir? - Məsələyə Elxan Şahinoğlunun baxışı  

Noyabrın 5-də ABŞ-də keçirilən seçkilər bir çox məsələlərə aydınlıq gətirdi. Səsvermənin nəticələrinə görə Donald Tramp Amerikanın 47-ci prezidenti seçildi. Bəs ABŞ-nin yeni adminstrasiyasının siyasi kursu nədən ibarət olacaq və Trampın Cənubi Qafqazla siyasəti hansı istiqamətdə dəyişəcək?

Məsələylə bağlı KONKRET.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki,Trampın andiçmə mərasimi gələn ilin yanvarın 20-də keçiriləcək və ona qədər komandasını formalaşdırmalıdır:

“Əsas iki vəzifə ətrafında müzakirələr gedir. Dövlət Katibi kim olacaq  və Prezidentin Milli və Təhlükəsizlik məsələlər üzrə müşaviri vəzifəsinə kim təyin edilməlidir? Məhz bu iki şəxs Trampın daxili və təhlükəsizlik siyasətini formalaşdıracaq. Dünyaın əsas supergüclərindən biri kimi, Amerikanın xarici siyasətinin müxtəlif istiqamətləri var. Bu, Rusiya, Çin, Hindistan, Afrika, Latın Amerikası və Asiyadır. Cənubi Qafqazı da bu siyahıya daxil edə bilərik. Təəssüf ki, Cozef Baydenin prezidentliyi dönəmində Amerikanın Cənubi Qafqazdakı maraqları Ermənistana dəstək üzərində qurulmuşdu. Bayden özü də keçmiş ermənipərəst konqresmen idi. 1992-ci ildə Azərbaycana qarşı ədalətsiz 907-ci düzəlişin müəlliflərindən biri idi. Hakimiyyətə gələndə də erməni soyqırımını tanıyan ilk prezident kimi tarixə düşdü. Tramp isə respublikaçıdır və fərqli siyasi kursu var. 4 illik  prezidentliyi dövründə onun adminstrasiyası Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verirdi. Prezident İlham Əliyevə bir neçə dəfə əməkdaşlıqla bağlı məktublar göndərmişdi. Ümumiyyətlə, münasibətlət yaxşı səviyyədə idi. Bayden prezident olduğu dönəmdə məhz bu münasibətlər xeyli korlandı və müəyyən suallar yarandı. Çox güman ki, Trampın prezidentliyi dönəmində yenidən Vaşinqton Azərbaycanla əməkdaşlığa əhəmiyyət verəcək. Çünki onlar anlayırlar ki, Azərbaycan Cənubi Qafqazın açarıdır və regional layihələrin əsas iştirakçısıdır. Hesab edirəm ki, Tramp adminstrasiyası Azərbaycanla həm təhlükısizlik, həm də enerji əməkdaşlığında yeni istiqamətlər müəyyənləşdirməyə çalışacaqlar”.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*