“Yeniyetmələrin 63 faizi Rusiya ilə müharibəyə hazırdır” – Estoniya müdafiə naziribackend

"Yeniyetmələrin 63 faizi Rusiya ilə müharibəyə hazırdır” - Estoniya müdafiə naziri

“Sosioloji sorğulara əsasən, Estoniyada yeniyetmələrin 63 faizi Rusiya ilə mümkün müharibəyə hazırdır”.

KONKRET.az “RiaNovosti”yə istinadən xəbər verir ki, bu barədə Estoniyanın müdafiə naziri Kalle Laanet məlumat verib.

O, ötən il bu göstəricinin 54 faiz olduğunu xatırladıb.

Rusiyada isə hesab edirlər ki, rəsmi Tallin əhali arasında rusofobiyanı məqsədli şəkildə yayır.

Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun əməkdaşı Leonid Vardomski bu kimi meylləri Estoniya hökumətinin ideyası adlandırıb. O bildirib ki, bununla rəsmi Tallin ölkə vətəndaşlarının diqqətini ölkənin əsas problemlərindən yayındırmağa çalışır.  Ekspertin sözlərinə görə, adı çəkilən ölkədə məktəblərin yuxarı siniflərində təhsil alan şagirdlər arasında anti-Rusiya təbliğatı daha güclü şəkildə aparılır.

Qeyd edək ki, bundan əvvəl K.Laanet rəsmi Moskvanın ölkəsinin təhlükəsizliyinə real təhdid olduğunu bəyan edib.

Mənbə:Unikal.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*