Yevlax rayonunda minik avtomobili və yük maşınının iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində bir nəfərin ölümü ilə nəticələnib.
KONKRET.az xəbər verir ki, minik avtomobilinin yük maşınına çırpılması sonucunda minik avtomobilinin sürücüsü aldığı xəsarətlərdən ölüb.
Ölən sürücünün kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
