Yevlaxda COVID-19 xəstəsi karantin qaydasını pozdu – FOTObackend

Yevlaxda COVID-19 xəstəsi karantin qaydasını pozdu - FOTO

Yevlaxda COVID-19 xəstəsi barədə qanunamüvafiq tədbir görülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan KONKRET.az-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində COVID-19 xəstəsi kimi qeydiyyatda olan rayon sakini Z.Bəkirovun yaşadığı ünvanı tərk edərək karantin qaydalarını kobud şəkildə pozduğu müəyyən edilib.

Həmin şəxs müəyyən edildiyi ərazidən polis əməkdaşlarının müşayiəti ilə müalicə aldığı ünvana aparılıb. Onunla proflaktiki mövzuda söhbətlər aparılıb, təyin edilən müalicənin davam etdirilməsi üçün evdə qalmağı zəruruliyi diqqətinə çatdırılıb.

Yevlax RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*