Gəncədə piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az-ın məlumatına görə hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
Hərəkətdə olan minik maşını yolu keçmək istəyən orta yaşlı piyadanı vurub.
Piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
