Yunanıstan bu addımı atan ilk pravoslav xristian ölkəsi OLDU – ƏTRAFLIbackend

Yunanıstan bu addımı atan ilk pravoslav xristian ölkəsi OLDU - ƏTRAFLI

Yunanıstanda eynicinslilərin nikahını qanuniləşdirən qanun layihəsi hökumətlə Pravoslav Kilsəsi arasında ziddiyyətlərə səbəb olub.

KONKRET.az xəbər verir ki, Yunanıstanda eynicinsli nikahlara icazə verən qanun layihəsi gündəmdədir. Sabah parlamentdə səsə qoyulacaq qanun layihəsinin qəbul ediləcəyi gözlənilir.

Euronews-un verdiyi xəbərə görə, layihənin qanuna çevrilməsi ilə Yunanıstan bu addımı atan ilk pravoslav xristian ölkəsi olacaq və artıq uşaq sahibi olan və ya uşaq sahibi olmaq istəyən eynicinsli cütlüklər üçün bir çox hüquqi maneəni aradan qaldıracaq.

Lakin bu plan pravoslav kilsəsinin sərt reaksiyasına səbəb olub. Kilsə iddia edir ki, qanun layihəsi valideyn rollarını qarışdıracaq və ənənəvi ailəni zəiflədəcək.

Kilsə bazar günü mərasimlərdə də oxunan ictimai müraciətdə qanunvericilərdən məsələyə yenidən baxmağı xahiş edib. Bəzi tanınmış yepiskoplar eynicinsli cütlüklərin uşaqlarını vəftiz etməkdən imtina edəcəkləri barədə xəbərdarlıq edərək daha sərt mövqe nümayiş etdiriblər.

Bu yepiskoplar ictimai nümayişlər təşkil etmək üçün ifrat sağçı siyasi partiyalar və ənənəçi qruplarla birləşmək qərarına gəliblər.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*