Yunanıstanda “mafioz” Azərbaycan vətəndaşı həbs edilib.
KONKRET.az xəbər verir ki, bu barədə “İsrail Hayom” məlumat yayıb. İsrail Yunanıstana səhv adamı həbs etdiklərinə görə müraciət edib.müraciət etdi:
İsrail Yunanıstanı narkotiklə əlaqəli cinayətlərdə şübhəli bilinən israilli Dudi Aşkenazini azad etməyə çağırıb. İsrail tərəfi iddia edir ki, Yunan polisi şəxsiyyəti müəyyənləşdirməkdə yaranan çaşqınlıq səbəbindən yanlış şəxsi həbs edib.
52 yaşlı Dudi Aşkenazi həyat yoldaşı ilə Yunanıstanın Kos adasına tətilə gəlib və yerə enəndən dərhal sonra həbs edilib. Ailəsi dəfələrlə onun səhvən saxlanıldığını bildirib.
Sonradan məlum oldu ki, Peru hakimiyyəti Dudi Aşkenazini beynəlxalq axtarışa verib. Onlar bildiriblər ki, bu şəxs 2007-ci ildən narkotik qaçaqmalçılığı ittihamı ilə axtarışda olub.
Perunun hüquq-mühafizə orqanları hesab edir ki, Azərbaycan və İsrail vətəndaşlığı olan Aşkenazi uzun müddətdir axtarışda olan “El Dok” ləqəbli mafiozdur, adı 2012-ci ildə Moskvaya narkotik qaçaqmalçılığı ilə bağlı səs-küylü cinayət işi ilə bağlıdır. O cümlədən, El-Dok ümumi çəkisi 4220 kiloqram olan bir neçə partiya təmiz kokainin Moskvaya göndərilməsində ittiham olunur.
Dudi Aşkenazinin ittiham olunduğu maddələr Peruda 35 ilə qədər həbs cəzasını nəzərdə tutur.
Aşkenazinin həbsindən dərhal sonra yaxınları və vəkilləri Kos adasına uçub. Onların sözlərinə görə, 2007-ci ildə Dudi Aşkenazi həqiqətən də Peruya turist kimi səfər edib, lakin təbii ki, orada cinayət fəaliyyəti ilə məşğul olmayıb.
Qohumları, Yunanıstanın hüquq-mühafizə orqanlarının heç bir cinayətlə əlaqəsi olmayan və uzun illərdir ölkəsində işlənmiş avtomobillərin qiymətləndiricisi kimi işləyən sadə bir israillini bu miqyasda beynəlxalq cinayətə necə əlaqləndirdiklərini başa düşmürlər.
Peru hakimiyyətinin dediyinə görə, həbs edilən turist oradan Moskvaya tonlarla kokain daşıdığı o illərdə İsrailin Dan avtobus kooperativində sürücü işləyib.
Saxlanılan şəxsin həyat yoldaşı Raxeli Aşkenazi ərinin həbsi ilə bağlı baş verənləri “kabus” kimi qiymətləndirib. O, adaya gəldikdən sonra onları bir neçə saat pasport nəzarətində saxladıqlarını və narkotik alverində ittiham olunduğunu söylədi.
“Ancaq Dudi narkotik alverçisi deyil, o, ömründə heç vaxt Azərbaycanda olmayıb və Azərbaycan vətəndaşlığı da olmayıb”, – Raxeli vurğulayıb.
Hüquqşünasların sözlərinə görə, söhbət sifətin tanınmasında elementar səhvdən gedir. Keyfiyyətsiz fotoya görə Yunanıstan hüquq-mühafizə orqanları yanlış şəxsi həbs ediblər.
Aşkenazi özü hesab edir ki, onun şəxsi məlumatları kriminal ictimaiyyətin nümayəndələri tərəfindən oğurlanıb və vəkili Aşkenazinin tezliklə azad ediləcəyinə əmin olub.
Qeyd olunur ki, Dudi Aşkenazinin şəxsi məlumatları, xüsusən də pasportu oğurlana və cinayət məqsədləri üçün istifadə oluna bilər.

Xuraman Etibarlı,
KONKRET.az
