Yunanıstan Türkiyə sərhədindəki adanı işğal etdi – FOTOLARbackend

Yunanıstan Türkiyə sərhədindəki adanı işğal etdi - FOTOLAR

1923-cü ildə imzalanan Lozanna və 1947-ci ildə bağlanan Paris müqaviləsinə görə, Aralıq və Egey dənizlərində silahsız olmalı olan daha bir adanı Yunanıstan zəbt edib.

KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Müdafiə Nazirliyinin sabiq baş katibi Ümid Yalım bildirib.

Yalımın dediyinə görə, Limoniya adasının müxtəlif yerlərində Bizans və Yunanıstan bayrağı qaldırılıb. Yunanıstan Rodos adasından Muğla Limoniya adasına gəmi ilə turist daşıyır.

Bununla da Yunanıstanın beynəlxalq razılaşmaları pozaraq zəbt etdiyi adaların sayı 20-yə çatıb.

Qeyd edək ki, beynəlxalq sənədlərə görə Türkiyə sərhədində yerləşən 23 ada neytral olmalıdır və oraya hərbi qüvvə yerləşdirməklə bağlı heç bir dövlətin səlahiyyəti yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*