Yunanıstanda COVID-19-un yeni alt variantı aşkarlandıbackend

Yunanıstanda COVID-19-un yeni alt variantı aşkarlandı

Yunanıstanda COVID-19-un Omicron variantının BA.2 (BA.2.75.2) (Centaurus) alt variantına ilk dəfə rast gəlindiyi açıqlandı.

KONKRET.az xəbər verir ki, Yunanıstanın Milli İctimai Səhiyyə Agentliyinin (EODY) verdiyi açıqlamaya görə, 5-11 sentyabr həftəsi ərzində ölkədə ümumilikdə 33 min 590 yeni yoluxma halı aşkarlanıb.

Beləliklə, epidemiya başlayandan bəri görülən halların sayı 4 milyon 838 min 811-ə yüksəlib.

Həmin həftə COVID-19 səbəbiylə həyatını itirənlərin sayı 129 nəfər olub. Epidemiya başlayandan bəri virus səbəbiylə həyatını itirənlərin sayı 32 894 nəfərə çatıb.

Digər tərəfdən, iyulun 22-dən sentyabrın 4-dək 664 nümunə üzərində aparılan ekspertizada BA.2 (BA.2.75.2) halı aşkar edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*