Zaporojye AES elektrik şəbəkəsindən ayrıldı – MAQATEbackend

Zaporojye AES elektrik şəbəkəsindən ayrıldı - MAQATE

Beynəlxalq Atom Enerjisi Agentliyi Zaporojjya AES-in elektrik şəbəkəsindən bağlanması və aqreqatlardan birinin dayandırılması barədə yenidən məlumat verib.

KONKRET.az xəbər verir ki, bu barədə MAQATE-nin stansiyadakı müşahidəçiləri məlumat veriblər.

“Atom elektrik stansiyasının qalan sonuncu əsas xarici ötürücü xətti ilə əlaqəsi yenidən kəsilib, lakin stansiya ehtiyat xətt vasitəsilə şəbəkəyə elektrik enerjisi verməkdə davam edir”, – deyə hesabatda deyilir.

Həmçinin bildirilir ki, şəbəkə məhdudiyyətləri səbəbindən bu gün işləyən iki ZAES blokundan biri şəbəkədən ayrılıb.

“Bir reaktor hələ də işləyir və həm soyutma, həm də sahədə və şəbəkədə əsas təhlükəsizlik funksiyaları üçün elektrik enerjisi istehsal edir”, – MAQATE-dən bildirilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*