Ukrayna silahlı qüvvələri Rusiya qoşunlarını tədricən Xarkov vilayətindən sıxışdırıb çıxarır.
KONKRET.az xəbər verir ki, bunu Prezident Volodimir Zelenski axşam videomüraciətində bildirib.
“Mən Xarkov vilayətində gedən döyüşlərlə bağlı Ali Baş Komandan Sırski ilə danışdım. Biz rus ordusunu tədricən sıxışdırırıq. İşğalçı Xarkovu, bütün Ukraynamızı fəth etməyəcək”, – prezident Zelenski deyib.
Ukrayna prezidenti xatırladıb ki, Ukrayna Silahlı Qüvvələri mayın əvvəlindən rusların Xarkova hücum cəhdini dəf edə bilib. Zelenski Xarkovu “qəhrəman şəhər” adlandırıb.
Günel Mikayılova,
KONKRET.az
