“Ukrayna Prezidenti Volodimir Zelenskinin neo-nasistləri dəstəkləmədiyinə dair vədləri onun faktiki hərəkətləri ilə ziddiyyət təşkil edir”.
KONKRET.az TASS-a xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rusiya liderləri” müsabiqəsinin “Beynəlxalq” trekinin final mərhələsinin açılışında deyib.
“Prezident Zelenski deyir ki, o, yəhudi əsilli olduğu halda necə nasist ola bilər? Üstəlik o bunu Ukraynanın Böyük Vətən Müharibəsi qəhrəmanlıq abidələrinin mühafizəsi haqqında sazişdən qətiyyətlə geri çəkildiyi günlərdə deyir. Bu halda Ukrayna rəhbərliyinin siyasətini ciddi qəbul etmək bizim üçün çətindir”.
Vəsilə İbrahim,
KONKRET.az
