Zelenski: İndi Rusiya ilə danışıqlar aparmaq vaxtı deyilbackend

Zelenski: İndi Rusiya ilə danışıqlar aparmaq vaxtı deyil

Ukrayna prezidenti Volodimir Zelenski G7 liderlərinə videobağlantı vasitəsilə müraciət edib. O, Rusiya ilə danışıqlar üçün şərtlərin hələ “yetişmədiyini” bildirib, çünki o, daha “güclü mövqe” tutmaq istəyir.

KONKRET.az  xəbər verir ki, Ukrayna prezidenti Telegram hesabında G7 ölkələrinə “Rusiya işğalına qarşı mübarizədə” hərbi və maliyyə yardımına görə təşəkkür edib. O, həmçinin Rusiya Federasiyasından neftin qiymətinin məhdudlaşdırılması da daxil olmaqla, Rusiya əleyhinə sanksiyaların gücləndirilməsinə çağırıb.

Almaniyanın sədrliyi ilə keçirilən G7 Liderlər Zirvəsi iyunun 26-dan 28-dək Bavariyada keçirilir. Birləşmiş Ştatlar bildirib ki, sammit Rusiya ixracına görə ticarət rüsumlarının artırılmasından əldə olunan pulun Ukraynaya göndərilməsinə artıq razılıq əldə edib. Vaşinqton təqribən 2,3 milyard dollar dəyərində 570 rus malına yüksək tariflər tətbiq etmək istəyir.

Roman Göytürk, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*