“Zəlzələdə vəfat edənlər 58 nəfərdir” – Prezident açıqladıbackend

“Zəlzələdə vəfat edənlər 58 nəfərdir” - Prezident açıqladı

Türkiyənin İzmir şəhərində zəlzələ qurbanlarının sayı 58-ə çatıb.

KONKRET.az-ın məlumatına görə, “Anadolu” agentliyi xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan danışıb.

“58 nəfər vəfat edib, 896 nəfər yaralanıb”, – deyə o bildirib.

Ərdoğanın sözlərinə görə, yaralıların 200-ə qədəri müalicə olunur, qalanları isə evə buraxılıb.

O, yaxınlarını itirənlərə başsağlığı verib və evsiz qalanların tezliklə evlə təmin olunacaqlarını vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*