Zemmur İrəvandan Türkiyəyə “meydan oxudu”backend

Zemmur İrəvandan Türkiyəyə “meydan oxudu”

Fransalı yazıçı, jurnalist və prezidentliyə namizəd Erik Zemmur Ermənistana üçgünlük səfər edib.

KONKRET.az xəbər verir ki, bu barədə o, Tvitter səhifəsində paylaşım edib.

Türkiyə-Ermənistan sərhədində – Ağrı dağı fonunda foto çəkdirən Zemmur paylaşımında bu sözləri yazıb:

“Burada, Türkiyə-Ermənistan sərhədində Ağrı dağı ilə üzbəüz dayanaraq demək istəyirəm ki, ermənilər əsrlər boyu müqavimət nümunəsi (? – red.) olublar”.

Qeyd edək ki, fransalı yazarın tarixi bilərəkdən təhrif edərək erməni terrorizmini “müqavimət nümunəsi” kimi təqdim etməsi Fransanın Türkiyəyə qarşı dövlət siyasətinin tərkib hissəsi təəssüratı yaradır. Axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*