Zərdabda axundun oğlu içkili vəziyyətdə avtomobili idarə etdiyi üçün saxlanılıbbackend

Zərdabda axundun oğlu içkili vəziyyətdə avtomobili idarə etdiyi üçün saxlanılıb

Zərdabda axundun oğlu saxlanılıb.

KONKRET.az-ın APA-ya istinadən verdiyi xəbərinə görə, ötən gün rayonun mərkəzi küçəsində Məzahir Feyzulla oğlu Tağıyevin idarə etdiyi “10 LF 572” dövlət nömrə nişanlı “VAZ-2107” markalı minik avtomobili yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb.

Yoxlamalar zamanı məlum olub ki, M.Tağıyev içkili vəziyyətdə sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə edib. Saxlanılan şəxs barədə müvafiq qaydalar çərçivəsində tədbir görülüb. 

Qeyd edək ki, M.Tağıyev Zərdab rayon Cümə məçidinin axundu Feyzulla Tağıyevin oğludur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*