Zərdabda doqquzotaqlı ev yandıbackend

Zərdabda doqquzotaqlı ev yandı

Zərdab rayonunun Cilovxanlı kəndində ev yanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 360 m² (hər mərtəbəsi 180 m²) olan ikimərtəbəli 9 otaqlı evin dam örtüyünün və 6 otağının yanar konstruksiyaları 285 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*