Zərdabda evdə yanğın olub.
KONKRET.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Zərdab rayonunun Çallı kəndində ümumi sahəsi 190 m² olan kürsülü, birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
