Zibilliyə od vurarkən, özü yanıb öldübackend

Zibilliyə od vurarkən, özü yanıb öldü

Şəmkir sakini yanaraq ölüb.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Səməd Vurğun qəsəbəsində qeydə alınıb.

Belə ki, həmin qəsəbənin sakini, 1967-ci il təvəllüdlü Namiq Qurbanov yaşadığı ünvanda məişət tullantılarını yandıran zaman, ocağa benzin tökərkən ehtiyatsızlıqdan termiki yanıq xəsarətləri alıb.

Zərərçəkən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*