Nərimanov rayonu, Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə də metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb.
KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib.
Bildirilir ki, sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.
