10 gün əvvəl ağacdan yıxılan kişi öldübackend

10 gün əvvəl ağacdan yıxılan kişi öldü

Abşeron rayonunun Pirşağı qəsəbəsində 10 gün əvvəl ağacdan yıxılan 34 yaşlı kişi müalicə olunduğu xəstəxanada ölüb.

KONKRET.az xəbər verir ki, 1990-cı il təvəllüdlü Elvin İsgəndər oğlu Pənahov ağacdan yıxılıb.

Hadisə nəticəsində o, ağır xəsarət alıb və Sumqayıtda xəstəxanaya yerləşdirilib.

Aparılan müalicələrə baxmayaraq E.Pənahov bu gün xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*