10 milyon dollar mükafat – Bu şəxslər haqqında məlumat verənlər zəngin ola bilərbackend

10 milyon dollar mükafat - Bu şəxslər haqqında məlumat verənlər zəngin ola bilər

ABŞ Dövlət Departamenti İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) beş yüksək vəzifəli rəhbəri haqqında məlumat verənlərə 10 milyon dollara qədər mükafat vəd edir.

KONKRET.az xəbər verir ki, mükafat Rewards for Justice (“Ədalət naminə mükafat”) proqramı çərçivəsində veriləcək. Söhbət aşağıdakı şəxslərdən gedir:

SEPAH-ın komandanı Əhməd Vahidi;

“Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının rəisi Əli Abdullahi;

SEPAH-ın Hərbi-Kosmik Qüvvələrinin pilotsuz uçuş aparatları bölməsinin komandanı Səid Ağayani;

SEPAH-ın Kiber-Elektron Komandanlığının rəhbəri Həmidrza Ləşgəryan;

SEPAH-ın kəşfiyyat strukturunun rəhbəri Məcid Xatəmi.

Məlumata görə, proqram çərçivəsində məlumat verən şəxsin təhlükəsizliyinin təmin olunması məqsədilə onun başqa ölkəyə köçürülməsi imkanı da nəzərdə tutulur. Bu addım ABŞ Dövlət Departamentinin “Rewards for Justice” proqramı tərəfindən rəsmi şəkildə elan edilib.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*