130-dan çox hakimə rəsmi xəbərdarlıq edilibbackend

130-dan çox hakimə rəsmi xəbərdarlıq edilib

“Qaynar Xəttə” daxil olan müraciətlərin araşdırılması nəticələri üzrə vətəndaşların haqlı narazılığını doğuran pozuntulara yol verdiklərinə görə təkcə ötən il 130-dan çox hakimə rəsmi xəbərdarlıq edilib və bu, onların fəaliyyətlərinin qiymətləndirilməsində nəzərə alınıb, təkrar belə pozuntulara görə isə intizam icraatları başlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurasının növbəti iclasında bildirilib.

Bununla yanaşı, yuxarı məhkəmələr təcrübəli və peşəkar hakimlərlə möhkəmləndirilib, o cümlədən ötən il bütün apellyasiya məhkəmələrinin sədrləri dəyişdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*