Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
KONKRET.az xəbər verir ki, hadisə şəhərin Sevinc qəsəbəsində baş verib. 2009-cu il təvəllüdlü D.Kərimli zəhərləmə diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
14 yaşlı yeniyetmə qızın vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, D.Kərimli yaşadığı evdə dəm qazından zəhərlənib.